
Atmosferdə balans pozulub: Havaların qeyri-sabit keçməsinə səbəb iqlim dəyişmələridir -RƏY
12:01 22.04.2025
Ekologiya
443
Son illərdə dünyanın bir çox bölgəsində hava şəraitində müşahidə olunan kəskin dəyişikliklər insanları narahat etməyə başlayıb.
Bir həftə öncə güclü yağış və külək, indi isə havanın 30 dərəcəyə qədər yüksəlməsi bu dəyişikliklərin canlı nümunəsidir. İnsanlar arasında artıq “dörd fəsil yoxdur, yalnız qış və yay var” deyimi də məhz bu müşahidələrin nəticəsidir.
Bəs bu vəziyyətin səbəbi nədir?
Biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov “Sherg.az”a bildirib ki, havanın bir həftə öncə yağışlı və küləkli, indi isə bir anda 30 dərəcəyə qədər qalxması iqlim dəyişikliklərinin əlamətlərindən biridir:

“Bu dünyanın bir çox yerində müşahidə olunan bir haldır. Cop29 ərəfəsində iqlimin dəyişilməsi ilə bağlı geniş müzakirələr edildi. Bu bütün dünyada öz təsirini göstərir. Fəsillərin normal keçidi pozulur, yağış rejimi dəyişir (bir bölgədə güclü yağış, digərində quraqlıq), və külək, tufan, istilik dalğaları kimi ekstremal hava hadisələri artır. Qışın mülayim və ya çox sərt soyuq hava ilə keçməsi iqlimlə bağlıdır. Sənaye tullantıları, nəqliyyat, meşələrin qırılması, plastik tullantılar və digər faktorlar atmosferdə balansı pozur. 1 həftə əvvəl dayanmadan yağan yağış tək bu il deyil, 10 il əvvəl də baş vermişdi. Yəni bunlar olan hadisədir. Buxarlanma çoxalaraq atmosferə həddən artıq su yığılır və atmosferdəki su isə yağış, qar ilə nəticələnir. Bunun qarşısını almaq üçün bəzi tədbirlər həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya