Coğrafiya İnstitutu: Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər
12:45 12.05.2025
Ekologiya
391
Proqnozlara əsasən, ölkə ərazisində bu il sululuğun normaya yaxın və bir qədər az olacağı gözlənilir.
Bunu APA-nın sorğusuna cavab olaraq Coğrafiya İnistitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib.
O qeyd edib ki, intensiv yağışlar bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinə səbəb ola bilər:
"Amma Kür çayının aşağı axınında, səviyyənin qalxmasından asılı olaraq, düşən yağışlar hesabına güclü subasma hadisələri müşahidə olunmayacaq. Qısamüddətli yağışlar zamanı Kür çayının aşağı axınında səviyyənin artması bəzi hallarda zəif olsa da, subasmaya səbəb ola bilər. Amma güclü olacağı gözlənilmir, çünki builki sululuq normaya yaxın olacaq”.
Onun sözlərinə görə, Azərbaycanın mövcud hidroloji şəraiti hər il qış dövründə yüksək dağlıq ərazilərdə, çay hövzələrində toplanan su ehtiyatlarının aylıq və fəsillik metroproqnozlara əsaslanır:
"Burada xüsusən yağıntı və temperatur məlumatları nəzərə alınır. Ölkə ərazisində birinci rübdə yağıntılar normanın 67%-ni təşkil edib. 2024-cü ildə bu yağıntılar normanın 119%-ni təşkil edib. 2025-ci ildə qış dövrünə düşən qar örtüyündə orta aylıq sululuq cəmi 28% təşkil edib. Amma 2024-cü ildə bundan xeyli çox, 43.4%-ni təşkil edib. Hətta Kür çayının Gürcüstan, Türkiyədə olan hissəsində qar örtüyünün qalınlığı, sululuğu normadan aşağı olub. Amma bununla belə, builki yağıntılar istər Kür çayında, istər dağ çaylarında səviyyənin, sululuğun artmasına səbəb olur. Məsələn, Kür çayının Azərbaycana daxil olan hissəsində Qıraq Kəsəmən məntəqəsində su anbarlarında səviyyə 5.17 kubmmetr olub ki, bu da normanın 110 faizini təşkil edir”, - o vurğulayıb.
O həmçinin qeyd edib ki, Avropa Proqnozlar Mərkəzinin məlumatına görə, regionda bu il orta çoxillik temperaturların normadan çox 0.5-1 dərəcəyə qədər, yağıntıların isə normadan aşağı olacağı gözlənilir:
"Tədqiqatlara görə, yağıntılar normadan aşağı olsa da, qısamüddətli intensiv yağıntıların dinamikası artır. Bu da çaylarda sululuğu artırır və qısamüddətli daşqınlara səbəb olur. Hətta Kür çayının aşağı axınında subasma hadisələri olur. Yəni, səviyyənin artması subasma hadisəsidir. Kür çayının Qıraq Kəsəmən məntəqəsində Şəmkir su anbarlarında gözlənilən su sərfi bu il 525-585 metrkub saniyə arasında gözlənilir. Bu da çoxillik normaya yaxındır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya