“Daha yaşıl Azərbaycan üçün gənc nəsil” layihəsinə start verilib
09:12 04.08.2025
Ekologiya
603
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layinin icrasına başlayıb.
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin Mətbuat Xidmətindən “Sherg.az”a bildirlib ki, layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır:
“Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumat veriləcək. Seminarlarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək,COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq layihənin əsas məqsədləri arasındadır.Eyni zamanda gələcək addımların müzakirəsi ekspertlərlə davam etdiriləcək.
Layihə zamanı regionlarda yerləşən 5 məktəbdə (Füzuli şəhər,Biləsuvar rayonu Səmədabad kənd,İmişli rayonu Hacalmuradlı kənd ,Zobucuq və Cəbrayıl-8 qəsəbə orta məktəbləri )iqlim dəyişikliyi üzrə maarifləndirici tədbirlər keçiriləcək, COP29-un əhəmiyyəti vurğulanacaq.Tədbirlərdə 15-25 yaş arası 100 nəfər gənc və təhsil işçilərinin iştirakı nəzərdə tutulub.Eyni zamanda 20 nəfər ekspertin iştirakı ilə müzakirələr aparılacaqdır”.
Qeyd edilib ki, layihə nəticəsində məktəblilərdə ekologiyaya qarşı məsuliyyətli davranış yaranacaq. Onlar iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizədə aktiv rol oynamağa təşviq ediləcək. Tullantıların azaldılması, təkrar emal, enerji effektivliyi, kənd təsərrüfatının idarə olunması zamanı ekologiyanın qorunması kimi fikirlərlə tanış olan məktəblilərbu mövzularda qazandıqları bilgi və bacarıqları həm həyatlarında tətbiq edəcək, həm də digər şagirdlərlə paylaşaraq onların davranışlarının inkişafına dəstək olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial