Dünya okeanlarının səthində temperatur 2026-cı ilin iyun ayında tarixi maksimuma çataraq bu ay üzrə əvvəlki rekordu yeniləyib.
Sherg.az xəbər verir ki, bu barədə CNN Avropanın "Copernicus" İqlim Dəyişikliyi Xidmətinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, iyunun 21-də dünya okeanlarının səthində orta temperatur 20,86 dərəcə Selsi təşkil edib. Bu göstərici 2024-cü ilin iyununda qeydə alınmış əvvəlki rekorda demək olar ki, bərabər olub və yeni rekord kimi qiymətləndirilib.
Mütəxəssislər temperatur artımını əsasən El-Nino iqlim hadisəsinin başlanması və insan fəaliyyəti nəticəsində yaranan qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Onların fikrincə, bu proses qlobal hava şəraitinə, eləcə də dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər.:::