
İstanbulda son 39 ilin ən pis mart ayı: Təhlükə zəngləri çalınır
10:36 22.04.2025
Ekologiya
435
İstanbul son 39 ilin ən quraq mart ayını geridə qoyub. Mütəxəssislər, İstanbul su anbarlarının dolu olmasının vətəndaşları aldatmaması barədə xəbərdarlıq edir. Güclü yağıntıların yalnız torpağın bir qədər nəmlənməsinə səbəb olduğunu bildirən mütəxəssislər, bu vəziyyətin qarşıdakı illər üçün təhlükə siqnalı olduğuna diqqət çəkirlər.
Sherg.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatlarına əsasən, Mərmərə bölgəsində mart ayı üzrə orta illik yağıntı miqdarı 66,1 millimetr olub.
Bölgəyə ötən ilin mart ayında 63 millimetr, bu ilin eyni dövründə isə cəmi 25,7 millimetr yağıntı düşüb. Buna əsasən, bölgədə mart yağıntıları uzunillik orta göstəriciyə görə 61%, keçən ilin eyni dövrünə görə isə 59% azalıb.
İstanbulda mart ayında yağıntının azalması ilə son 39 ilin ən aşağı mart ayı yağıntısı qeydə alınıb. Eyni zamanda Kırıkkaledə son 65 ilin, Balıkəsirdə son 42 ilin, Kocaeli və Sakaryada isə son 36 ilin ən aşağı mart yağıntısı qeydə alınıb.
Yağıntılı günlərin sayı Kırklareli, Çanaqqala və Balıkəsir ətrafında 15-20 gün arasında dəyişib. Digər tərəfdən, Kırıkkale ətrafında bu rəqəm bəzi yerlərdə cəmi 1 günə düşüb.
Kazandere və Papuçdere su anbarlarının doluluq səviyyəsi 100 faizə yaxınlaşıb
Meteorologiya mühəndisi Güvən Özdemir bildirib ki, Türkiyədə xüsusilə Mərmərə bölgəsində yağıntılarda ciddi azalma yaşanıb.
Mərmərə bölgəsində yağıntının keçən ilə nisbətən 59%, uzun illər ortalamasına görə isə 61% azaldığını qeyd edən Özdemir, “Türkiyə üzrə yağıntılarda ciddi azalma müşahidə edirik. 39-40 illik ortalamalara baxdıqda da bu azalma aydın görünür. Təəssüf ki, quraqlıq Türkiyənin belini qırır,” – deyib.

Özdemir barajların doluluq səviyyəsinin müvəqqəti rahatlıq yaratdığını, lakin əsas təhlükənin hələ də davam etdiyini bildirib: “Barajlarımızın dolu olması bizi aldatmasın. Bu il Mərmərə və Qara dəniz sahillərində təsirli olan güclü yağıntılar torpağın bir qədər nəmlənməsini təmin etdi, amma bu kifayət deyil. Qarşıdakı illər üçün bu bir təhlükə zəngidir,” – deyə o qeyd edib.
Özdemir dünyada orta temperaturun artıq 1,3 dərəcəyə yüksəldiyini, metropollarda isə bu artımın daha da çox hiss edildiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya