Avropa ölkələrinin böyük əksəriyyəti İrana qarşı əməliyyat zamanı ABŞ-a aktiv hərbi dəstək verir.
Teleqraf xəbər verir ki, bunu NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç bildirib.
“Deyərdim ki, ümumilikdə Avropa müttəfiqlərimizin böyük əksəriyyəti, xüsusən də hərbi səviyyədə, İrana qarşı kampaniyanı son dərəcə dəstəkləyir. Onlar öz hava məkanlarına baza girişi və uçuş hüquqları verirlər. ABŞ-dən uçan təyyarələrin yanacaqla doldurulmasına, eləcə də İrana qarşı əməliyyat üçün hərbi yüklərin əhəmiyyətli bir hissəsinin daşınmasına imkan verir" - Qrinkeviç qeyd edib.
General xatırladıb ki, Avropa ölkələri kifayət qədər tez hərəkət etməyiblər və ya Vaşinqtona tələb etdikləri çıxışı təmin etməyiblər: "Lakin hazırda Yaxın Şərqdə baş verən hadisələr fonunda Avropadan böyük dəstək görürük".