Saatda 50 km külək, amma insanlar qızıl tapmaq üçün riskə girdilər

Antalyada Meteorologiya Regional İdarəsinin xəbərdarlığından sonra səhər saatlarından etibarən təsirli olan güclü külək şəhər həyatına mənfi təsir edib. Havanın temperaturu təxminən 18 dərəcə ölçülür, küləyin orta sürəti saatda 35 kilometr, bəzən isə 50 kilometrə çatır.

Sherg.az xəbər verir ki, güclü külək xüsusilə dənizdə və sahil boyu hiss olunurdu, sakinlər yolda hərəkət etməkdə çətinlik çəkirdi. Şiddətli külək səbəbindən dənizdə yaranan böyük dalğalar təxminən 30 metrlik qayalıqlara çırpıldı.

Hündürlüyü 20 metrə çatmış dalğalar vizual təəssürat yaradırdı. Konyaaltı Sahilində isə fırtınaya baxmayaraq bəziləri sahildə şəkil çəkdirirdi. Güclü külək və dalğalara baxmayaraq, dünyaca məşhur Konyaaltı Sahilində bəzi sakinlər və turistlər əlində dedektorlarla dalğaların sahilə gətirdiyi qızıl, gümüş və sikkə kimi qiymətli əşyaları axtardılar.