FTB yeni hücumların mümkünlüyü barədə xəbərdarlıq edib
Yusif Nəzərli
12:44 03.01.2025
Gündəm
329
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) və Daxili Təhlükəsizlik Departamenti ölkənin hüquq-mühafizə orqanlarına yanvarın 1-də Nyu Orleanda baş vermiş hadisə kimi nəqliyyat vasitəsindən istifadə olunmaqla hücumların təkrarlanması təhlükəsi barədə xəbərdaredici informasiya bülleteni göndərib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Bülleten hüquq-mühafizə orqanlarının kütləvi qətl törətmək üçün nəqliyyat vasitəsindən istifadə etmək niyyətini göstərən hər hansı fəaliyyətə qarşı daha diqqətli olmasını təmin etmək üçün sığorta olaraq göndərilib”, - telekanal bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəxsiyyəti təsdiq edən saxta sənədlərdən, eləcə də nəqliyyat vasitələrinin icarəsi üçün kreditdən istifadə edilməsinə, şübhəli şəxslərin hücum edə biləcəkləri ərazini əvvəlcədən yoxlamaq cəhdlərinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.
ABC-nin məlumatına görə, Yeni Orleandakı hücumu həyata keçirən 42 yaşlı texaslı keçmiş əsgər Şəmsuddin Cabbarın sadiqlik andı içdiyi İŞİD terror təşkilatı son aylarda ardıcıllarını kütləvi insan tələfatı ilə nəticələncək avtomobil hücumları həyata keçirməyə çağırıb.
Bu arada, bülletenə əsasən, müstəntiqlər Cabbarın hücumda əlbirlərinin olub-olmadığını müəyyən edə bilməyiblər. FTB onun maşını insan kütləsinin üstünə sürməsindən əvvəl kiminləsə əlaqə saxlayıb-saxlamadığını yoxlayır. Lakin hələlik baş verənlərə görə İŞİD məsuliyyəti üzərinə götürməyib.
Xatırladaq ki, yanvarın 1-də Yeni Orleanda avtomobillə insan izdihamına edilən hücumda 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İnsanlarla toqquşmadan sonra Cabbar pikapdan düşərək ətrafa atəş açmağa başlayıb. Polis cavab atəşi açaraq cinayətkarı güllələyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual