Arda Turan oğluyla evdə oyun oynadı: “Bayram derbisi” sosial medianı silkələdi

Arda Turan, bayram günü oğlu ilə evdə futbol oynadığı anları sosial mediada paylaşıb. Aslıhan Doğan Turan tərəfindən çəkilən görüntüləri “Bayram derbisi” qeydi ilə yayımlayan keçmiş futbolçu izləyicilərindən minlərlə bəyənmə alıb.

Sherg.az xəbər verir ki, 2018-ci ildə möhtəşəm toyla ailə quran və nümunəvi ailə həyatı ilə diqqət çəkən Arda Turan və Aslıhan Doğan Turan cütlüyü yenidən sosial medianın gündəminə çevrilib.

İki oğul atası olan Arda Turan bayram vaxtını uşaqlarına həsr edib. Aslıhan Doğan Turanın kamerasına düşən görüntülərdə məşhur futbolçunun oğlu ilə evin içində qızğın “oyun” apardığı görünür.

Səmimi və gündəlik həyat anlarını izləyiciləri ilə bölüşən Aslıhan Doğan Turandan sonra keçmiş ulduz futbolçu da həmin videonu öz hesabında paylaşıb.

Oğlu ilə olan bu şirin və bir qədər rəqabətli oyunu “Bayram derbisi” qeydi ilə yayımlayan Turan qısa müddətdə minlərlə bəyənmə və rəy toplayıb.