“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Beşiktaş" heyətini gücləndirmək üçün axtarışlarını sürdürür. İstanbul təmsilçisinin gündəminə bu dəfə "Barselona"nın gənc yarımmüdafiəçisi Marc Casado gəlib.

Sherg.az xəbər verir ki, İspaniyalı jurnalist Gianluigi Longarinin məlumatına görə, “Barselona” futbolçunun transferi ilə bağlı məşhur menecer Jorge Mendesə səlahiyyət verib.

Xəbərdə bildirilir ki, Mendesin Casado ilə bağlı danışıqlar apardığı klublardan biri də “Beşiktaş”dır. Bundan başqa, Səudiyyə Ərəbistanı təmsilçilərinin də gənc futbolçu ilə maraqlandığı qeyd olunur.

22 yaşlı yarımmüdafiəçi ötən mövsüm ərzində 34 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.