Argentina millisi dünya çempionatları tarixində yeni göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, komanda DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verdeni əlavə vaxtda məğlub etməklə mundiallar tarixində əlavə vaxta gedən oyunlarının sayını 12-yə çatdırıb.
Argentina bu nəticə ilə Almaniya millisinin rekorduna şərik olub. Almaniya da dünya çempionatlarında 12 dəfə əlavə vaxt oynayıb.
Qeyd edək ki, Almaniya millisinin mundiallarda sonuncu əlavə vaxt oyunu DÇ-2026-nın 1/16 finalında Paraqvaya qarşı olub. Həmin qarşılaşmada qalib penaltilər seriyasında müəyyənləşib və Almaniya turnirlə vidalaşıb.