"Fənərbaxça" Bakıya gəlib

“Fənərbaxça” klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 3-də Bakıda “Turan Tovuz”la üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.