Harri Keyn Bundesliqada tarix yazdı

“Bavariya”nın futbolçusu Harri Keyn Bundesliqa tarixinin rekorduna imza atıb.

QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu turnirdə 100 qol həddinə ən tez çatan futbolçu olub.

İngiltərəli forvard “Union”la 4-cü tur matçında dubl edib. Nəticədə o, cəmi 98-ci oyununda 100 və 101-ci qollarını vurmuş olub. 

Beləliklə, Keyn Dieter Müllerə məxsus rekordu qırıb. Müller 1977-ci ildə 100 qol göstəricisinə 129 matçda çatmışdı.

Qeyd edək ki, sözügedən oyunda “Bavariya” “Union”u 7:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Harri Keyn 2023-cü ilin yayından "Bavariya"nın formasını geyinib.