İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında üçqat dünya çempionu braziliyalı Peleni keçib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Keyn 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Konqo Demokratik Respublikası millisinə qarşı keçirilən oyunda duble edərək 13-cü mundiallarda 13-cü qolunu vurub. Bununla da o, Braziliya millisinin sabiq hücumçusu Pelenin göstəricisinə çata bilib (12 qol). Eyni zamanda o, fransalı Jüst Fontenlə bərabərləşib
Qeyd edək ki, dünya çempionatları tarixinin ən yaxşı bombardiri argentinalı Lionel Messidir (19 qol). Peledən daha çox qol vuran futbolçular arasında fransalı Kilian Mbappe (18), alman Miroslav Kloze (16), braziliyalı Ronaldo (15), alman Gerd Müller (14) və fransalı Jüst Fonten (13) də yer alır.
32 yaşlı Keyn 2023-cü ilin avqustundan Almaniyanın "Bavariya" klubunda çıxış edir. Bundan əvvəl o, İngiltərənin "Tottenhem" komandasında oynayıb. Hücumçu 83 qolla İngiltərə millisinin tarixində ən məhsuldar futbolçudur. Rusiyada keçirilən dünya çempionatında Keyn rəqib qapılarına 6 dəfə yol taparaq turnirin ən yaxşı bombardiri olub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.