Kriştianu Ronaldu 45 yaşında mundialda iştirak edə biləcəyini bildirib

"Ən-Nəsr"in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu 2030-cu il dünya çempionatında mümkün iştirakı barədə danışıb. Bu turnir keçirilən zaman futbolçunun 45 yaşı olacaq.

Oxu.Az bu barədə dazn.com-a istinadən xəbər verir.

"Mən 2030-cu il dünya çempionatında çıxış etmək imkanından hələ imtina etməmişəm. 41 yaşımda hər həftə qollar vururam, bəlkə də daha dörd il oynaya bildim", - deyə Ronaldu qeyd edib.

DÇ- 2030 altı ölkənin ərazisində keçiriləcək: Uruqvay, Argentina, Paraqvay. İspaniya, Portuqaliya və Mərakeş.