Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır

Argentina millisinin qapıçısı Emiliano Martines 2026-cı il dünya çempionatında zədə ilə oynadığını açıqlayıb.

Teleqraf "TyC Sports"a istinadən xəbər verir ki, “Aston Villa”nın qolkiperi Avropa Liqasının finalında “Frayburq”la oyundan (3:0) əvvəl isinmə hərəkəti zamanı əlinin dördüncü barmağını sındırdığını bildirib.

Martines qeyd edib ki, əməliyyatdan imtina edib:

“Əməliyyat olunmağım lazım olduğunu deyəndə beynimdən çox şey keçdi. Çətin dövr yaşadım. Hələ də adi rejimdə məşq edə bilmirəm. Amma növbəti matçda şinsiz (barmağa taxılan qoruyucu) oynaya biləcəyəm. Bu zədə məni çox narahat edir, lakin meydanda ağrımı büruzə verməməyə çalışıram. Baş məşqçi hər zaman mənə dəstək oldu və bu, məni ruhlandırdı”.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 3-dən 4-nə keçən gecə keçiriləcək.