“Sabah”ın baş məşqçisi: “Azərbaycanı Avropada şərəflə, uğurla təmsil edəcəyik”

“Hazırda qarşımızda böyük məsuliyyət var. Azərbaycanı avrokuboklarda təmsil edəcəyik".

Sherg.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi TNS-lə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandanın qarşılaşmaya yaxşı hazırlaşdığını bildirib:

"İnanıram ki, Azərbaycanı Avropada şərəflə, uğurla təmsil edəcəyik. İki həftə Avstriyada yaxşı toplanış keçirdik. Azarkeşlərimizi stadiona dəvət edirəm. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bunu yüz faiz hər biriniz hiss edəcəksiniz".

Qeyd edək ki, “Sabah” - TNS oyunu iyulun 7-də saat 20:00-da baş tutacaq.