Azərbaycan Premyer Liqasının VI turunun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə qonaqların qollarını Breno Almeyda (25), Adeleke Akinyemi (86) və Lyobomir Tupta (90+2) vurublar.
Bu nəticədən sonra Yuri Vernidubun komandası 15 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Qırmızı-qaralar” isə 4 xalla 8-ci pillədə yer alıb.
Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:45-də başlayacaq.