Okan Buruk: Bir çox futbolçu komandada qalmayacaq

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avstriya toplanışı çərçivəsində "Monza"ya 0:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra komandanın heyətində ciddi dəyişikliklərin olacağını açıqlayıb.

Sherg.az xəbər verir ki, Buruk yeni mövsüm öncəsi bir çox futbolçunun komandadan ayrılacağını bildirib.

"Çox güman ki, belə start heyəti ilə bir daha meydana çıxmayacağıq. Bu gün oynayan futbolçuların bir çoxu gələcəkdə bizimlə olmayacaq və ya daha az oyun vaxtı alacaq", - deyə o qeyd edib.

Baş məşqçi hazırda təxminən 10 futbolçunun düşərgədə olmadığını, hazırlıq mərhələsində isə əsas məqsədin oyunçuların fiziki hazırlığını artırmaq və gənclərə şans vermək olduğunu vurğulayıb.

Buruk yeni transfer Uqoçukvunun çıxışından da razı qaldığını bildirərək, onun topa nəzarət və oyunu irəli aparmaq baxımından uğurlu performans sərgilədiyini deyib.