İngiltərə Premyer Liqa təmsilçilərindən “Tottenhem” Mauro İkardini transfer etmək fikrindən daşınıb.
Teleqraf xəbər verir ki, bu bu barədə “Football Insider” məlumat yayıb.
Daha əvvəl London klubunun 33 yaşlı futbolçu ilə maraqlandığı bildirilsə də, “Tottenhem”in İkardini hazırda real transfer variantı kimi nəzərdən keçirmədiyi qeyd olunub.
İkardinin karyerasını İtaliya A Seriyasında davam etdirməsi daha real görünür. “Latsio” və bir neçə klub argentinalı hücumçunun xidmətində maraqlıdır.
İkardi 2025/26 mövsümündə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.