"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" yoxlama oyununda "Ferenstvaroş" klubuna da uduzub.

Teleqraf xəbər verir ki, qarşılaşma rəqibin 1:0 üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, komanda ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə də 2:6 hesabı ilə məğlub olub.