Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

"Mətbuat günü münasibətilə hər birinizi təbrik edirəm. İşinizdə uğurlar arzu edirəm".

Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Bolqarıstana) qarşı keçiriləcək ilk oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

"Sabah" da dünən qələbə qazandı təbrik edirəm. Bu gün də "Neftçi"yə uğurlar arzu edirəm.

Özümüzə gəldikdə isə rəqib çox fərqlidir. 2 oyundan sonra oyun stilimiz özünü tam tapmayıb. Amma yaxşıya doğru gedir. Düşündüyümüz kombinasiyaları daimi istifadə edə bilmirik. Dəyişikliklər çoxdur.

Komanda oyununu yaxşılaşdırmaq elə də asan deyil. Hazırlıq planında bəzi çatışmazlıqlar olur. Futbolçuları eyni səviyyəyə gətirmək çox çətindir. Xüsusən də yay aylarında bu dinamikanı saxlamaq çox çətindir. Dəyişikliklər var. Oyundan oyuna daha yaxşı olacağıq.

Transferlərlə bağlı işimiz davam edir. Ən az 2 transfer etməyi düşünürük".