Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final oyunu keçiriləcək.
Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də təşkil olunacaq. Oyunu ingiltərəli hakim Maykl Oliver idarə edəcək.
Digər matçlarda Bosniya və Herseqovina İtaliyanı, İsveç Polşanı, Çexiya isə Danimarkanı qəbul edəcək. Finalda qalib gələn yığmalar DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Final
31 mart
22:45. Bosniya və Herseqovina - İtaliya
22:45. İsveç - Polşa
22:45. Kosovo - Türkiyə
22:45. Çexiya - Danimarka
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.