Yankoviç “Atletik” - "Qarabağ" oyununda iştirak edəcək?

"Qarabağ" futbol klubunun oyunçusu Marko Yankoviçin zədəsi sağalıb.
Bu barədə News24.az-a açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Anar Hacıyev bildirib. 
Onun sözlərinə görə, Yankoviçin zədəsi sağalıb və artıq məşqlərdə iştirak edir.
"Qarşıdan gələn “Atletik”(Bilbao) - "Qarabağ" oyununda Yankoviçin oynayacağı məlum deyil. Bu məsələ baş məşqçi qərar verəcək. Hazırda isə vəziyyəti yaxşıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, "Qarabağ" futbol klubunun oyunçusu Yankoviç "Qarabağ" - "Benfika" oyununda ciddi zədə almışdı.