
10 minlərlə erməni əhali Qarabağa qayıdacaq - Zərdüşt Əlizadə
12:18 12.10.2023
Gündəm
742
"Azərbaycan polisi də işini layiqincə yerinə yetirərək qarətin olmaması üçün ermənilərin evlərinə nəzarət edir"
Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 2,5 min nəfəri Ermənistanı tərk edib. “Sputnik Armenia” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, hökumətin məqsədinin onların geri qayıtması, Ermənistanda yaşamaq və işləmək üçün şərait yaradılması olduğunu deyib.
Hadisəni “Sherg.az”a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, onlar xaricdəki qohumlarının yanına gedirlər:

"Xatırlayıram ki, yaşlı bir ermənidən hara getdiyini soruşurlar, o isə Rusiyadakı oğlunun yanına yollanacağını deyir. Yəni Qarabağdan Ermənistana köçən ermənilərin Rusiya kimi ölkələrdə xeyli qohumları var və onların yanına gedirlər. Ümumiyyətlə 30 il ərzində Ermənistanı xeyli şəxs tərk edib. Çünki müharibə vəziyyəti ağırlaşdırır və insanlar daha yaxşı yer axtarırlar. Digər tərəfdən Qarabağdan köçən ermənilərin yerləşdirilməsi üçün Ermənistan hökumətinin yetərli imkanı yoxdur. Bu səbəblə də onlara Ermənistana qayıtmağı əmr edə bilməzlər".
Analitik əlavə edib ki, Azərbaycan hökumətinin yürütdüyü siyasət konteksində 10 minlərlə erməni əhali Qarabağa qayıda bilər:
"Çünki Qarabağda doğulub böyüyən ermənilər var. Bu mənada bir ovuc separatçının əməllərində sadə ermənilərin heç bir günahı yoxdur. Kütləvi köçün səbəbi isə 30 illik təbliğatın nəticəsidir. Çünki onları aldadıblar ki, azərbaycanlılar "vəhşidirlər". Azərbaycan hökuməti Qarabağda qalan ermənilərin huquqlarına hörmətlə yanaşdığını dünyay göstərsə, onlar geri dönəcək. Həmçinin şərait yaradılıb ki, ermənilər gəlsinlər və öz mülklərini rəsmiləşdirsinlər. Müəyyən şəxslər bu prosesi həyata keçirdikdən sonra qalan ermınilərin ürəkləri rahat olacaq. Həmçinin onlar ya Azərbaycanı vətəndaşlığını qəbul edərək Qarabağda yaşaya, ya da mülklərini sata bilərlər. Hətta 44 günlük savaşdan öncə Xankəndidəki evlərin satılması ilə bağlı elanlar var idi. Digər tərəfdən Azərbaycan polisi də işini layiqincə yerinə yetirərək qarətin olmaması üçün ermənilərin evlərinə nəzarət edir. Bu mənada onlar gəlsələr mülklərinə toxunulmadığını görsəcəklər. Eyni zamanda sənədləşdirilmə işləri ilə bağlı Qarabağda Asan xidmətin filialı açılıb. Mağazalarda isə yaşamaq üçün lazım olan hər cür məhsullar var. Ümumiyyətlə Azərbaycana torpaqlarını qaytarmaq lazım idi. Bunu da etdi. Erməni əhaliyə isə heç bir təzyiq yoxdur. Qərarı özləri verməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya