İngilis müğənni İrana buraxılmadı: “Qəlbim qırıldı…” - FOTO

İngilis sənətçi, yazar və müğənni Joss Stone gəzmək üçün getdiyi İrana girişinə icazə verilmədiyini, saxlanılaraq deportasiya edildiyini bildirib. Sherg.az xarici mediaya istinadən bildirir ki, müğənni “Instagram” hesabında başı örtülü şəkildə paylaşdığı şəkilə - “İrana gəldik, saxlanıldıq və sonra deportasiya edildik” sözlərini yazıb. 

İranın Bəsrə Körfəzindəki Kiş adasına gəzməyə getdiyini qeyd edən sənətçi, hava limanındakı vəzifəlilərə konsert vermək üçün yox, İranı görməyə gəldiyini deyib. Buna baxmayaraq yenə də ölkəyə buraxılmayıb: “Qadağan olunduğuna görə, konsert verə bilməyəcəyimin fərqində idim. Şəxsən İran həbsxanasına girmək marağında da deyiləm.
Yaxud getdiyim ölkələrin siyasətini dəyişdirməyə, insanları da təhlükəyə atmaq istəmirəm. Görünür rəsmilər konsert verməyəcəyimizə inanmadılar. Bizi “qara siyahı” dedikləri bir siyahıya salıblarmış. Bunu da miqrasiya mərkəzinə getdiyimizdə bildik”. 
Gecə saxlanıldığını, səhər deportasiya edildiyini vurğulayan müğənni rəsmilərin ona çox nəzakətli davrandığını, amma İrana buraxılmadığı üçün qəlbinin qırıldığını da söyləyib.