"...Stalin hətta Şəkinin gözəlliyi qarşısında təslim olmuşdu" - Tarixçi alim Dilavər Əzimli
14:53 08.07.2019
Gündəm
986
Şəki Xan sarayı və şəhərin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı. Qərar UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul edilib və bununla da Şəki Xan sarayı və şəhərin tarixi mərkəzi İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.
İki gündür ki, bu əlamətdar qərar ölkəmizdə əsl bayram – əhval-ruhiyyəsi yaradıb. Təbii ki, qərarın qəbulunda Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti danılmazdır.
Ziyalılar da bu qərarı alqışlayır. «Şərq»ə danışan tarixçi alim Dilavər Əzimli bildirdi ki, belə bir qərarın qəbulu onu çox sevindirib:
- Əlbəttə, bu, çox təqdirəlayiq qərardır. Mən də çox sevindim. Şəki təkcə Xan Sarayı, şəhərin mərkəzi ilə deyil, bütövlükdə bir muzeydir. Onu qorumaq lazımdır. Amma təəssüf ki, Şəki də getdikcə müasirləşirdi. Tariximizi itirmək təhlükəsi yaranırdı. Dünyada elə məşhur şəhərlər var ki, onların qorunması vacib vəzifəyə çevrilib, Şəki də qorunması vacib olan şəhərlərdəndir. Şəki mədəniyyətini yeniləşdirmək olmaz. Amma, bu, baş verirdi. Bir faktı deyim ki, Stalin Şəkidə olmuşdu və şəhərin gözəlliyini, tarixiliyini görüb ona toxunmamaqla bağlı şifahi tapşırıq vermişdi. Bu o deməkdir ki, xalqlara qan udduran Stalin hətta Şəkinin gözəlliyi qarşısında təslim olmuşdu.
D.Əzimli bildirdi ki, Şəkinin bundan sonra qorunması cəmiyyət kimi özümüzdən asılı olacaq:
- Bizdən çox şey asılıdır, məmurlardan çox şey asılıdır. Hər işi dövlətin üzərinə qoymaq olmaz. Hamımız başa düşməliyik ki, tariximizi qorumaq həm də bir namus məsələsidir. Millətin tarixini satmaq olmaz. Bu gün 5 manat artıq gəlir əldə ediləcək deyə, tarixi abidələrə biganəlik, onların dağılmasına, uçulmasına rəvac verəcək işlərə yol verilməməlidir. Tarixin hər bir daşı, hər bir kərpici toxunulmazdır. Mən Şəki Xan Sarayında olmuşam, inanın, ona baxmaqdan doymaq olmur. Necə sənətkarlar işləyib, necə ustalar tiki bonu?!. O rəngləri necə əldə ediblər. Şəki Xan Sarayı yandırıldıqdan sonra onun bərpasında çalışan ustalar həmin rəngləri artıq əldə edə bilməyiblər. Şəki Xan Sarayı belə bir unikal abidədir. Şəki Xan Sarayının Ümumdunya İrs Siyahısına daxil edilməsi çox sevindirici qərardır, amma bu qərarın sonrakı taleyi, Şəkinin necə qorunacağı artıq özümüzdən asılı olacaq. Çox güman ki, ermənilər bu qərara manne olmağa çalışıb. Bu, Azərbaycanın böyük qələbəsidir və mən hamımızı bu münasibətlə təbrik edirəm.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev sağ qalan təyyarə bələdçiləri ilə görüşüb
10:53 06.01.2025
Gündəm
Qonşumuzda hərbi xidmət 6 ay oldu
10:45 06.01.2025
Hərbi
Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü
10:38 06.01.2025
Hadisə
Rusiyaya PUA hücumu edildi
10:31 06.01.2025
Dünya
Qubada "Hunday" dərəyə aşdı
10:17 06.01.2025
Hadisə
“Qızıl Qlobus” 82-ci dəfə təqdim edilib
10:10 06.01.2025
Şou
Bu rayonlara qar yağıb -FAKTİKİ HAVA
09:55 06.01.2025
Cəmiyyət
Əş-Şara ABŞ-a iki xahişlə müraciət etdi
09:47 06.01.2025
Dünya
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
09:40 06.01.2025
Hadisə
Dolları boykot edən ölkələrin sayı açıqlandı
09:33 06.01.2025
İqtisadiyyat
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi azalıb
09:26 06.01.2025
İqtisadiyyat
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
09:19 06.01.2025
Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
09:10 06.01.2025
Cəmiyyət
Qəzza münaqişəsində öldürülən jurnalistlərin sayı 220-yə çatıb
08:53 06.01.2025
Dünya
Luis Suares intihar etmək istəyən kişini xilas etdi
07:31 06.01.2025
İdman
Roma Papası: "Bunu görmək çox kədərlidir"
06:29 06.01.2025
Dünya
Toksinləri təmizləyir, yaxşı bakteriyaları qoruyur
05:32 06.01.2025
Sağlamlıq
Hazırda yayılan virus donuz qripidir?
05:07 06.01.2025
Sağlamlıq
Tramp Meloni ilə şam yeməyi yeyib onu “fantastik” adlandırdı
04:43 06.01.2025
Dünya
Plastik əməliyyatlar üçün yaş həddi aşağı salındı
03:38 06.01.2025
Sağlamlıq
Zelenski Putin və Trampla danışıqların şərtini açıqlayıb
02:41 06.01.2025
Siyasət
Gürcü xəngəlinin qiyməti kəskin bahalaşıb
02:08 06.01.2025
İqtisadiyyat
Məhəmməd Salah qol sayında Tyerri Anriyə çatdı
01:57 06.01.2025
İdman
ABŞ-da qar xəbərdarlığı: 5 ştatda fövqəladə vəziyyət elan edilib
01:51 06.01.2025
Dünya