Zelenski Putin və Trampla danışıqların şərtini açıqlayıb

Ukrayna yalnız Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampla görüşdükdən və təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlara başlaya bilər.

APA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib.

Prezident qeyd edib ki, Moskva ilə söhbət yalnız Kiyevə təhlükəsizlik zəmanəti təklif edildikdən sonra mümkündür. Onun fikrincə, Tramp bunu etməyə qadirdir.

“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə biz ilk növbədə Trampla oturacağıq. Biz onunla razılaşırıq ki, müharibəni və Putini necə dayandıra bilərik. Bir hissəsi olduğumuz Avropanın da söz sahibi olması bizim üçün çox vacibdir”, - Zelenski bildirib.