Çin və ABŞ ikitərəfli ticarət şurası çərçivəsində ən azı 30 milyard dollar həcmində qarşılıqlı tarif endirimlərini müzakirə edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə ÇXR-in Ticarət Nazirliyi məlumat verib.
"Tərəflər ticarət şurası çərçivəsində ekvivalent həcmli mallara qarşılıqlı tarif endiriminə dair çərçivə razılaşmasını müzakirə etmək barədə prinsipal razılığa nail olublar. Hər bir tərəfin tarif azaltma miqyası 30 milyard dollar və ya daha çox olacaq", - deyə qurumun bəyanatında bildirilib.
Qeyd olunur ki, tərəflərin işçi qrupları sıx əməkdaşlığı davam etdirəcək, konkret detalları razılaşdıracaq və anlaşmaların həyata keçirilməsini sürətləndirəcəklər.