Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman ölkəmizi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.
"1918-ci ilin 28 May tarixində Azərbaycan müsəlman şərqində ilk dünyəvi, demokratik respublika qurdu. Dünyanın böyük bir hissəsi hələ bu ideyaları məmimsəmədiyi bir vaxtda Azərbaycan Demokratik Respublikasında qadınların səs vermək hüququ tanındı, parlament yaradıldı və müasir bir dövlət quruldu. Mən Azərbaycanda yolun hələ ən başındayam. Amma tək bildiyim bir şey var ki, bu ölkə dərin köklərə malikdir və xalq bu tarixi qürurla daşıyır. Müstəqillik Günün mübarək, Azərbaycan! Bir kərə yüksələn bayraq bir daha enməz",- paylaşımda bildirilib.