Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir.

Sherg.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir.