Son xəbərlər

“Sabah” kapitanı ilə vidalaşdı

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istonadən xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.