Ukrayna Kaya Kallasın ABŞ səfirliyinin Kiyevdən təxliyəsi barədə bəyanatını təkzib edib

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixiy Rusiyanın Ukrayna paytaxtına zərbə təhdidləri fonunda ABŞ səfirliyinin Kiyevdən təxliyə edilməsi barədə məlumatı təkzib edib.

"Report" "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"ABŞ səfirliyinin təxliyəsi barədə məlumat həqiqəti əks etdirmir", - G. Tixiy deyib.

Daha əvvəl bir sıra KİV-lərdə Kiprdə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın sözləri yayılmışdı.

"Biz Ukraynadan eşitdik ki, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qalır, ABŞ gedir", - o bildirmişdi.