Milli Mətbuat Günü münasibəti ilə “Şərq”i təbrikə gəlirlər

 
“Camal Ltd” şirkəti (İceland dondurma istehsalatı) 22 iyul Milli Mətbuat Günü münasibəti ilə “Şərq” qəzetini təbrik edib. Təbrik niyyəti ilə redaksiyamıza təşrif buyuran şirkət əməkdaşları “Şərq” qəzeti redaksiyasında yaradılmış Mətbuat müzeyi ilə də tanış olublar.






Şirkətin bölgə müdüri və satış üzrə əməkdaşı Anar Nəsibov bildirib ki, “Camal Ltd” şirkəti Mətbuat Günü münasibəti ilə əlaqədar olaraq bütün jurnalistləri təbrik edir: “Şirkətimiz “Kapital Bank”ın dəstəyi ilə belə bir təşkilatçılıq həyata keçirir. Biz 1998-ci ildən fəaliyyət göstəririk və yerli bazarda liderik. Hazırda bizim rəqibimiz yoxdur. Böyük fabrik halında fəaliyyət göstəririk, işçi qüvvəmiz çoxdur. Şirkətimizin rəhbəri Aqil müəllim, Azərbaycan bazarında öz sözünü demiş adamlardan biridir. Məhsullarımızın çeşidləri boldur.  Demək olar ki, daxili bazarı tamamilə təmin edirik. 127 yerli və 90 xarici çeşidimizi müxtəlif bazarlara çıxarırıq. Yaxın aylarda ixracla da məşğul olacağıq”. 
A.Nəsibov vurğulayıb ki, şirkət olaraq məqsədləri bütün mətbuat işçilərinin onların diqqətində olduğunu nəzərinə çatdırmaqdır: 
“Düzdür, bəzi qurumları mətbuata bir az laqeyd yanaşırlar, amma biz hər zaman media böyük həssaslıqla yanaşmışıq. Rəhbərliyimiz də həmişə mətbuata böyük qayğı göstərib”. 
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da öz növbəsində qonaqlara və xüsusən “Camal Ltd” şirkətinin rəhbərliyinə diqqət  üçün təşəkkürünü bildirib: 
“Mətbuat Günü ilə bağlı “Şərq”i xüsusi təbrik etdiyinizə görə, sizə və şirkətin rəhbərliyinə təşəkkür edirik. Hamımız Azərbaycanın müstəqilliyinə və onun inkişafına xidmət edirik. Siz öz məhsullarınızla cəmiyyətin qida ehtiyacını ödəyirsiz, biz də ölkənin informasiya tələbatını ödəyirik”.