“10 milyon insanı öldürmək istəmirəm” - Tramp 


ABŞ Prezidenti Donald Tramp 17 il davam edən Əfqanıstan müharibəsini silah gücünə  bir həftəyə həll edə biləcəyini ifadə edib və “Savaşı bir həftəyə bitirə bilərdim, amma 10 milyon adamı öldürmək istəmirəm” deyib.
Sherg.az xarici media istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Imran Xanı Ağ Evdə qəbul edib. Əfqanıstandakı uzun sürən müharibə ilə bağlı açıqlama verən Tramp, savaşı bir həftəyə bitirə biləcəyini, ancaq Pakistan və digər ölkələrin köməyi ilə barışıq yolunu axtardığını” söyləyib.



Tramp daha sonra belə deyib:

“Savaşı bir həftəyə bitirə bilərdim. Amma 10 milyon adamı öldürmək istəmirəm. Əfqanıstan dünyadan tamamilə silinə bilərdi. Amma mən o yola müraciət etmək istəmirəm” deyib.

Turan