Masallıda məsciddə oğurluq olub

Masallıda məsciddə oğurluq olub.
"Sherg.az" xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 6-da Xıl kəndi ərazisində yerləşən məscidin həyətindən 850 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakini A.Cəfərov saxlanılıb.