Zaqatalada 5 ballıq zəlzələ: ətraf rayonlarda 3-4 bala qədər hiss edilib - YENİLƏNİB


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.RSXM-dan  verilən məlumatda bildirilir ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.Yeraltı təkan 3 km dərinlikdə baş verib.
****11:54

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

"Shrerg.az"ın məlumatına görə, yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər.Zəlzələ barədə RSXM rəsmi məlumat yayıb. RSXM-dən APA -a verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub.Zəlzələ hiss edilib.