"Qarabağ" qələbə qazanaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldi (YENİLƏNİB)

"Qarabağ" oyunun 88-ci dəqiqəsində ikinci qolu vurub.

Yarımmüdafiəçi Abdullah Zubir Qara Qarayevin ötürməsini qola çevirib. Son dəqiqələrdə "Linfild" qollardan birinin əvəzini çıxsa da, bu yetərli olmayıb. Bununla Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinə yüksəldi.



21:10

"Qarabağ" oyunun 6-cı dəqiqəsində hesabı açıb.

Qolu ispaniyalı hücumçu Xayme Romero açıb - 1-0. Oyun davam edir. 

20:00

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq. Keçirilən 21 oyunla qrup mərhələsinə yüksələn komandalar bəlli olacaq.
Turnirdə ölkəmizi təmsi edən “Qarabağ” da cavab matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edir. Bu dəqiqələrdə oyunun start fiti səsləndirilib.
Səfərdə gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq qalib gəlməlidir. “Qarabağ”a 1:0 hesablı qələbə də bəs edir.