Türkiyə vətəndaşları bu gündən Azərbaycana vizasız gələcək 


Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir.

Bununla bağlı qərar bu gündən qüvvəyə minir. 

Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur. 

Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.