“Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində xalq dayanır”

 “Dövlət başçısının imzaladığı bu fərmanlar, sərəncamlar insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində xalq dayanır: 


“Ölkə rəhbərinin əməkhaqqlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə minib. Bu addım ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir.
Vətəndaşların sosial rifahı ildən-ilə yaxşılaşır. 2019-cu il sosial müdafiə ili elan olunub və bu istiqamətdə addımlar atılır. Ölkədə dövlət başçısının həyata keçirdiyi siyasətə əminlik, inam var.
Xalq əmindir ki, dövlət gücləndikcə sosial rifahın yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Vətəndaşın sosial sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu il müəllimlərin, hərbi qulluqçuların maaşları, tələbələrin təqaüdləri artırılıb.
Oktyabrın 1-dən də əmək pensiyasının minimum məbləği 200 manata çatdırılacaq. Bütün bunlar vətəndaşa qayğının bariz nümunəsidir”.