"İcazəsiz aksiya xaos və iğtişaşa səbəb olur"- Deputat

Fazil Mustafa:"Xaricdə Azərbaycana qarşı olan qüvvələr bu vəziyyətdən istifadə edə bilərlər"


"Xarici ölkələrdə baş verən hadisələrdən də görürük ki, hər hansı bir iğtişaşların və ya qanunsuz davranışların baş alıb getməsi ölkədə çox ciddi xaosun yaranmasına gətirib çıxara bilər".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, razılaşdırılmamış, icazəsiz aksiyaların keçirilməsi ölkədə siyasi durumun gərginləşməsinə rəvac verir:

"Xaricdə Azərbaycana qarşı olan qüvvələr də bu vəziyyətdən istifadə edə bilərlər. Ona görə də, çalışmalıyıq ki, bu hüququ müvafiq qurumlarla razılaşdıraraq həyata keçirək. Bu gün mitinqlərdə deyəcəyiniz sözü sosial şəbəkələrdə daha böyük auditoriyaya çatdırmaq olar. Yox əgər buna intellektiniz çatmırsa, küçələrdə qarışıqlıq yaradıb, Azərbaycan polisi ilə vətəndaşları üz-üzə qoymaq da doğru deyil. Çalışmalıyıq ki, siyasi funksiyamız ölkəmizə problemlər yaratmasın".