Nərimanov rayon Prokurorluğu Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdirinin intiharı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumatına görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlunun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, E.Əlizadə Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.