Heydər Əliyev Fondu daha bir şəhid ailəsini sevindirdi — FOTO

“Aprel şəhidi” Nurlan Abdullazadənin ailəsinə tikilən təhvil verilib.

Sherg.az xəbər verir ki, "Aprel döyüşləri"ndə şəhid olmuş evin tək oğlu Nurlan Abdullazadənin ailəsi yaşadığı evin yararsız halda olması ilə bağlı "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə müraciət edib.

Bildirilib ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən yeni ev tikilərək, şəhidin ailəsinə təhvil verilib.

Şəhid Nurlan Abdullazadənin ailəsi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.