Rüşvət alarkən görüntülənən həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Qusar Rayon Mərkəzi Xəstəxanasından həkimin rüşvət alması görüntülərinə münasibət bildirilib.

Oxu.Az-a açıqlama verən xəstəxananın baş həkimi Mübariz Zeynalov bildirib ki, məsələ hüquq çərçivəsində araşdırılacaq. 

“Səhər də mənə tanımadığım bir nömrədən SMS yazılmışdı ki, sizin xəstəxanadan qısa saçlı bir qadın rüşvət alıb. Mən bildirdim ki, həmin şəxs ya mənə, ya da Səhiyyə Nazirliyinə müraciət etsin, biz araşdıraq.

Hüquqi dövlətdir, həkim qanun qarşısında cavab verər. Rəsmi müraciətdən sonra məsələ araşdırılıb, lazımi tədbir görüləcək”, - baş həkim qeyd edib.