Təyyarə qəzasının səbəbi məlumdur: Mühərrikdə yanğın olub

Ukraynaya məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi mühərrikdəki yanğın olub. 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Tehran hava limanının nümayəndəsi İRNA-ya bildirib.

İranın Fövqəladə Hallar Departamentinin rəhbəri də öz növbəsində agentliyə bildirib ki, qəzanın səbəbi texniki nasazlıqdır, başqa heç bir variant yoxdur.

Qeyd edək ki, bundan əvvəl qəzaya uğrayan “Boeing-737” təyyarəsinin yeni olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də səhər tezdən, Tehran hava limanından çıxdıqdan dərhal sonra qəzaya uğrayıb. Göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvünün hamısı həlak olub.