Qəzaya uğrayan Ukrayna təyyarəsi ilə bağlı daha bir fakt

İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi yeni istifadəyə verilib.

Bu barədə uçuşları izləyən “Flightradar” portalı məlumat verib.

Bildirilib ki, qəzaya uğrayan təyyarə “Boeing 737-800” modelidir. Sərnişin təyyarəsi yenidir və Ukrayna Beynəlxalq Hava Yolları şirkəti onu 2016-cı ildə alıb.

“Boeing” şirkəti qəzanın səbəblərini araşdırdıqlarını elan edib.