Virus təhlükəsi: Sərhəd keçidlərində, təyyarələrdə dezinfeksiya aparılmalıdır - SOS

Dünyanın bir çox ölkələrində, xüsusən də Çin və ABŞ-da yoluxucu xəstəlilər geniş yayılıb. Qlobal təhlükə törədən yoluxucu xəstəlik indiyə kimi yüzlərlə insanın ölümünə səbəb olub. 

Artıq Rusiya da virusun yayılmaması üçün sərhədlərində müəyyən tədbirlər görür. Həkimlərin sözlərinə mənşəyi məlum olmayan virus insan həyatı üçün olduqca təhlükəlidir. 

Həkim-allerqoloq Şahvələd Məmmədov isə bildirir ki, bu günlərdə dünyanı ağuşuna alan yolxucu xəstəliyin mənşəyi hələki məlum deyil. 

O, Serq.az-a bildirib ki, mənşə bilinmədiyinə görə, hansısa epidemik tədbirlərin görülməsi də çətinləşir:

“Mənşəyi bilinmədiyinə görə, hansı qabaqlıyıcı tədbirləri həyata keçirmək lazım olduğunu demək çətindir. Bir məqam aydındır ki,  səhəd-gömrük məntəəqlərində, həmçinin təyyarələrdə ciddi dezinfeksiya tədbirləri görülməlidir. Hətta məlumatlara görə Koreya artıq Çinlə olan sərhədləri bağlayıb. Çünki məsələ göründüyündən də təhlükəlidir. Deməyim odur ki, sərhədlərdə lazımi dezinfeksiya işləri aparmalıyıq. Virusun nə olduğu müəyyənləşəndən sonra isə hansısa ciddi tədbirlərdən danışmaq olar”.