Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdə dağıntı və insan tələfatı var.
Oxu.Az xəbər verir ki, gücü 6.8 bal olan yeraltı təkanlar yaxın bölgələrdə də hiss edilib.
Urfa şəhərinin yerli televiziyası - “Edessa TV”də canlı yayım zamanı zəlzələnin necə güclü olduğu və studiyanın tərpənməsi qeydə alınıb.
Verilişin qonaqlarından biri əvvəlcə zəlzələ olduğunu bildirir, daha sonra isə aparıcıya masanın altına keçməyi təklif edir.