Türkiyədə - Elazığ və Malatyada baş vermiş zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemlərin həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.
Bu barədə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.