İsmayıllıda Qəbələyə turist aparan avtobus qəzaya düşüb, 2 nəfər ölüb, 15-ə yaxın yaralı var - FOTO


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nıın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.



Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Ölənlər ər və arvaddır.



Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.